Türkiyədə daha ikinci güclü zəlzələ 

12:10 26.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin qərbində Rixter cədvəli ilə 5.5 bal gücündə zəlzələ olub.

Hafta.az-ın məlumatına görə, yeraltı təkanlar İzmir, Bursa, Manisa və digər ətraf şəhərlərdə hiss olunub.

Zəlzələnin episentri İzmirdən 71 kilometr şimal-şərqdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb.

İzmir valiliyinin məlumatına görə, hər hansı bir itki və ya fəsadlar qeydə alınmayıb.

Xatırladaq ki, ötən gün Türkiyə-İran sərhədində, Van vilayətində 5.3 bal gücündə zəlzələ olmuşdu.